Menu

İrəvan-Antalya təyyarə reysinin uçuş tarixi açıqlanıb

21.05.2022, 14:07
İrəvan-Antalya təyyarə reysinin uçuş tarixi açıqlanıb

Ermənistanın paytaxtı İrəvandan Türkiyənin Antalya şəhərinə birbaşa qeyri-müntəzəm uçuşlar başlayır.

“Report” “news.am”a istinadən xəbər verir ki, məlumatı "FlyOne Armenia Airlines” yayıb.

Qeyd olunub ki, uçuşlar iyunun 14-dən həyata keçiriləcək.

Bildirilib ki, uçuşlar həftədə iki dəfə çərşənbə axşamı və cümə günləri reallaşacaq.

Uçuş biletinin qiyməti 110 avrodur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol