Menu

Qazaxıstanda doğum evində partlayışda körpə ölüb - VİDEO

21.05.2022, 21:18
Qazaxıstanda doğum evində partlayışda körpə ölüb - VİDEO

Qazaxıstanın Çimkənd şəhərində doğum evi ərazisində baş verən partlayış nəticəsində qurbanların sayı artıb. Belə ki, hadisə nəticəsində yeni doğulmuş körpə ölüb.

"Oxu.az" xəbər verir ki, bu barədə Türküstan vilayətinin səhiyyə idarəsi məlumat yayıb.

Bildirilir ki, 18 günlük körpə yeni doğulan üçəmlərdən biri olub. Rəsmi məlumatlara görə, daha 8 nəfər yaralanıb.

Qeyd edək ki, xəstəxanalararası aptekdə baş verən partlayış zamanı yaxınlıqdakı hündürmərtəbəli binaya, həmçinin yeddi avtomobilə ziyan dəyib. Partlayışdan sonra doğuşda olan yüzdən çox qadın və uşaq, həmçinin mənzilləri dağılmış 20 sakin təxliyə edilib.

Bundan əvvəl bir nəfərin öldüyü bildirilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol