Gürcüstanın din xadimləri Şuşada ermənilərin vandallığı ilə tanış olublar

Gürcüstan Müsəlmanları İdarəsi din xadimlərinin Şuşa şəhərinə səfəri başlayıb. “Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü həyata keçirilən səfərdə məqsəd qonaqlara azad edilən torpaqlarda ermənilərin vandallıq aktlarını əyani şəkildə soydaşlarımıza göstərməkdir.

Səfər zamanı qonaqlara Şuşa Dövlət Qoruq İdarəsinin əməkdaşı şəhər barədə ətraflı məlumat verib. Bildirilib ki, Şuşada 17 məhəllə, 17 məscid və 17 bulaq olub. Qonaqlar Natəvan bulağında olub, şəhidlərin xatirəsini yad edib, ruhlarına dualar oxuyublar.

Nümayəndə heyəti habelə Şuşa şəhərində tarixi məkanlar, mədəniyyət abidələri və Cıdır düzü ilə tanış olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar