Menu

“Rusiya Ukrayna ilə danışıqlara hazırdır” - Medinski

22.05.2022, 23:30
“Rusiya Ukrayna ilə danışıqlara hazırdır” - Medinski

"Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Lakin danışıqları dondurmaq təklifi hər dəfə Kiyevdən gəlib".

APA-nın xəbərinə görə, bunu Belarusun ONT kanalına müsahibəsində Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

Medinskinin sözlərinə görə, Rusiya heç zaman danışıqlardan, o cümlədən yüksək səviyyədə görüşlərdən imtina etməyib. Lakin prezidentlər səviyyəsində görüşün təşkili ciddi hazırlıq tələb edir.

“Dövlət başçıları yekun sənədi imzalamaq üçün görüşməlidirlər, şəkil çəkidirmək üçün yox” – deyə Medinski vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol