Menu

Polşa Rusiya ilə qarşıdurmaya hazırlaşır

06.11.2014, 09:32
Polşa Rusiya ilə qarşıdurmaya hazırlaşır

Polşa prezidenti Bronislaw Komorovski yeni milli müdafiə strategiyasını imzalayıb.

Bu sənəd Rusiya tərəfdən “qarşıdurma siyasətinin gücləndirilməsi” və Ukrayna böhranından dolayı regional təhlükəsizlik məsələlərindən bəhs edir. 57 səhifəlik sənəd 2007-ci ildə hazırlanmış planı əvəzləyir.

Sənəddə deyilir ki, Rusiya regional təhlükəsizlikdə neqativ faktora çevrilib. Səbəb də “ətrafdakıların hesabına dövlət statusunu artırması” və Moskvanın Ukraynanın Krım yarımadasını anneksiya etməklə “qarşıdurma siyasətini gücləndirməsidir”.

Komorowski noyabrın 5-də Varşavada jurnalistlərə deyib ki, “Polşanın şərqinə doğru, sabitsizlik yaranan ərazidə işlər pisləşib”. Onun sözlərinə görə, Polşanın Rusiyanın yaratdığı hədələrə qarşı müdafiəsini gücləndirməsi NATO-nun müdafiə qabiliyyətinə də öz töhfəsini verəcək. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol