“Orion Global” şirkəti Belarus Respublikasının Soliqorsk şəhərindən idxal edilən və “Bazarstore” marketlər şəbəkəsində satılan “Bütöv kənd toyuğu” adlı məhsulla bağlı səsləndirilən iddialara cavab verib.
“Orion Global” MMC adından redaksiyamızın ünvanına göndərilən cavab məktubunu kiçik ixtisarla təqdim edirik: “İlk öncə qeyd etmək istəyirik ki, bu kimi yayılan məlumatlar təhrif olunmuş məlumatlardır və istehlakçıların gözündə şirkətimizin nüfuzuna, imicinə xələl gətirməyə, eləcə də idxal etdiyimiz məhsulun alıcının tələbinə uyğun olmasında şübhə yaratmaqla müştəriləri həmin məhsulu almaqdan yayındırmağa yönəlmişdir. Sözügedən məhsullar barəsində həm istehsal ölkəsində, həm də Azərbaycanda qida təhlükəsizliyi, keyfiyyət standartlarına uyğunluq sahəsində tətbiq olunan müvafiq nəzarət tədbirləri aparılır. Rəsmi təqdim edilmiş məlumatlara əsasən, məhsulun istehsalçısı olan, öz nüfuzu və tətbiq etdiyi sərt nəzarət tədbirləri ilə seçilən fabrik, Belarus Respublikasında fəaliyyət göstərdiyi sahədə qabaqcıl müəssisələrdən biri kimi yüksək keyfiyyətli xammal və material təchizatçıları ilə çalışır. Bundan əlavə, fabrikin tətbiq etdiyi İstehsala nəzarət proqramı çərçivəsində attestasiyadan keçmiş öz laboratoriyasında, habelə Belarus Respublikasının ən nüfuzlu müstəqil laboratoriyalarında məhsulların sınaqları keçirilir.
Müvafiq dövlət strukturları tərəfindən dünya standartlarına uyğunluğunun yoxlanılması üçün fabrikdə mütəmadi nəzarət tədbirləri keçirilir. Daha sonra toyuqlar kliniki sağlam olaraq kəsimə təhvil verilir. Dövlətin nəzarət orqanı tərəfindən daimi olaraq istehsalın keyfiyyəti vətexnologiyasının yüksək səviyyədə olmağına dair mütəmadi baxışlar keçirilir. Yem rasionubütün qidalandırıcı vitamin və minerallarla balanslaşdırılır.
Qeyd edək ki, yemlərdə heç bir GMO qatqısı yoxdur. İstehsal olunmuş və təhvil verilmiş bütünməhsulların, keyfiyyət, təhlükəsizlik yoxlanışları, laboratoriya göstəricilərinə əsasən keçirilir(mikrobiologoya, fiziki-kimyəvi göstəricilər, rütubətlik miqdarı, radiologiya və s.) və protokollartəqdim olunur. Qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün yoxlamalardan keçən və yalnız keyfiyyət tələblərinə uyğun olan məhsulların ixracına icazə verilir.
Həmin məhsulların ölkəmizə idxalı zamanı da Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəruri yoxlama aparılaraq, müvafiq şəkildə uyğunluğu təsdiq edildikdən sonra sertifikatlaşdırılır və satışına icazə verilir. Bu əsasda həmin məhsula dair istehsal ölkəsində qüvvədə olan dövlət standartları, istehsal sertifikatları, eləcə də AQTA tərəfindən təqdim olunmuş sertifikatların surətləri də təqdim edilir.
Qeyd edilənlər nəzərə alınmaqla, həmçinin rəqabət qabiliyyətliliyinin ən əsas faktoru kimi mürəkkəb və çoxaspektli xarakterə mailk olan, hazırlıq, istehsal, daşınma, idxal, satışa çıxarılma və istehlak mərhələlərinin hər birində oturuşmuş və adekvat nəzarət tələblərinə uyğunluğu yoxlanılan və qiymətləndirilən “keyfiyyət” anlayışına dair Assosiasiyanın yaydığı məlumatda yalnız ucuz qiymət amili irəli çəkilməklə ictimaiyyəti çaşdıran mülahizələr yürüdülməsi haqlı suallar doğurur.
Digər tərəfdən, çoxsaylı komponentlər məcmusunu özündə ehtiva edən, məsrəf, dəyərlilik (faydalılıq), rəqabətlilik amilləri əsasında formalaşan qiymət müəyyənləşməsi kimi mürəkkəb proses Assosiasiyanın məlumatında çox sadə və yalnız mülahizə əsaslı hesablama ilə məhdudlaşır ki, bu da qəbuledilməzdir.
O ki qaldı məhsulların üzərində “Halal” sözünün yazılmasına, xüsusilə vurğulamaq istərdik ki, bu, dünyada qəbul edilmiş standartlar əsasında səlahiyyətli qurumlar tərəfindən baxış keçirilməklə, saxlanma, kəsim şəraiti, təmizliyə riayət olunması vəziyyəti yoxlanılmaqla təsdiq olunur və müvafiq şəkildə sertifikatlaşdırılan məhsullar Azərbaycana, eləcə də digər ölkələrə, o cümlədən ərəb ölkələrinə ixrac edilir”.
“AzPolitika.info”


Şərhlər
Dünyanın bütün quşçuluq üzrə mütəxəssisləri axışıb üzərimə gəlısə yenə də məni inandıra bilməzlər ki, azərtoyuq belarustoyuqdan yaxşıdır. Əvvəla, Belarusda yerli şirkətlər üzərində çox ciddi ictimai və dövlət nəzarəti var. Ikincisi onlar saxtakarlıq edib zay məhsulu eksport etsəlıər Lukoşenko basıb gözlərini çıxarar. Üçüncüsü, üzümü yerli istehsalçılara tutub deyirəm və əlimi QURANIN üstünə basıb and içirəm ki, siz bunu momopoliyanıza müdaxilə edildiyinə, görə, ölkədə ucuzluq və bolluğun yaranmasının qarşını almaq məqsədilə birləşmisiniz..Mətbuatda millətəyönəlik bəyanatlar səsləındirirsiniz. Hamı bilir ki, szinki millət sevgisi deyil, pul dərdidir. O ki, qaldı ölkəyə idxal edilmiş belorus məhsulları haqqında səsləndirdiyiniz neqativ fikirlərə hamısı yalandır. İnsan insanın əməyini alçaltmaz.Siz başqalarını alçaltmadan, halala haram qatmadan, yaxşıya pis demədən yaşaya bilmirsiniz. İftira yaymaqdansa özünüzü Belarusa ezam edin, oradakı quşçuluq şirkətlərinin iş prinsipi tanış olun, həmkararınızdan bir az da iman, insaf və ədalət öyrənin. İşçilərinizlə feodal kimi davranmaın.
Əziz həmvətənlər, monopoliyanı dağıtmaq üçün məncə adıgedən Belarus şirkəti ilə ticari əlaqələri daha da genişləndirmək lazımdır.Məhsulu Azərbaycan bazarına kim gətiribsə onu ürəkdən alqışlayır, rəqabətdə ona uğur və qalibiyyət arzu edirəm. Qoy bazarlarımız ucuz və keyfiyyətli məhsullarla dolub-daşsın.Xalqımız korluq çəkməsin.