Menu

"Expressbank"dan manatla bağlı QADAĞA! - "Daha çox gəlir əldə etmək istəyir"

24.05.2022, 13:48
"Expressbank"dan manatla bağlı QADAĞA! - "Daha çox gəlir əldə etmək istəyir"

"Expressbank" ASC "Zolotaya korona" Beynəlxalq pul köçürmə sistemi vasitəsilə göndərilən vəsaitlərin manatla çıxarılmasına qadağa qoyub.

"APA-Economics" xəbər verir ki, sözügedən bankdan müştərilərə göndərilən məbləğin manatla deyil, xarici valyuta ilə veriləcəyi bildirilib. 

Bununla bağlı hətta bankdaxili qərar verildiyi də xüsusi vurğulanıb.

Bankın əməkdaşı da saytımıza bu məsələnin “daxili qanunlarla” tənzimləndiyini bildirərək, halın mövcudluğunu təsdiqləyib.

Mövzu ilə bağlı "APA-Economics"ə danışan iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, ölkə və beynəlxalq qanunvericiliyə əsasən, məbləğ hansı valyuta ilə köçürülürsə eyni valyuta ilə də qarşı tərəfə təqdim olunmalıdır: "İstisna yaradan hallar isə göndərilən valyutanın digər ölkədə olmaması ola bilər. 

Ümumilikdə isə, mövcud vəziyyətlə əlaqədar bir çox banklar "Zolotaya korona" ilə pul köçürmələrini dayandırıb. Siz deyən fakt isə "Expressbank"ın daha çox gəlir əldə etmək siyasəti ola bilər”.

Şərhlər

Rzayev Şahlar 2022-05-24 15:35:42

Mənə 4600 dollar göndərilib rusyadan mən o pulu dollarnan ala bilərəm

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol