Çerniqovdan olan doqquz yaşlı Kira Qubina həyatında ilk dəfə saçlarını kəsmək və onu satmaq qərarına gəlib. Pulu isə Ukrayna silahlı qüvvələrinin ehtiyaclarına vermək fikrindədir.
Saçlarını satmaq ideyası qızın ağlına valideynləri, 3 qardaşı və bacısı ilə birlikdə atəşdən qorunmaq üçün sığınacaqda gizlənərkən gəlib.
Kiranın sözlərinə görə, atası əvvəllər ona saçlarını kəsməyə icazə verməyib. Amma qızın niyyətini biləndən sonra tərəddüdsüz razı olub. Uşağın belə arzusu onu kövrəldib.
Kiranın ailəsinin evi Rusiya təcavüzü nəticəsində zərər çəkib.
Saçları üçün Kira 3,5 min qriven alıb. Valideynləri pulu ön xətdə döyüşən hərbçilərə göndərəcəklər.
“AzPolitika.info”


Şərhlər