Menu

"Şimali Koreya nüvə silahının sınağına hazırlıq görür" - Cənubi Koreya

25.05.2022, 11:35
"Şimali Koreya nüvə silahının sınağına hazırlıq görür" - Cənubi Koreya

Şimali Koreya nüvə silahının sınağına hazırlıq görür.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident Ofisindən bildirilib.

Məlumata görə, Pxenyan detonasiya avadanlığının sınağını keçirib:

“Bu, 7-ci nüvə silahı sınağına hazırlıqdır”, - Cənubi Koreyanın Prezident Ofisindən vurğulanıb.

Cənubi Koreya Prezidenti yanında Milli Təhlükəsizlik Ofisi rəhbərinin birinci müavini Kim Txe Xyonun sözlərinə görə, Şimali Koreya nüvə silahının sınağını yaxın bir-iki ayda keçirməyəcək: “Heç şübhəsiz bu sonra baş verəcək”.

Qeyd edək ki, mayın 25-də Şimali Koreya Yapon dənizinə 3 ballistik raket atıb. Bu, 2022-ci ildə keçirilən 17-ci ballistik raket sınağıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol