Menu

Prezident sarayının qabağında qarşıdurma – İrəvanda vəziyyət gərginləşir

25.05.2022, 11:57
Prezident sarayının qabağında qarşıdurma – İrəvanda vəziyyət gərginləşir

Bu gün səhər tezdən İrəvanda müxalifət tərəfdarları Prezident sarayına girişi kəsiblər. Nəticədə polislə etirazçılar arasında qarşıdurma yaranıb. Müxalifət fəalları binaya daxil olmaq istəsələr də, onların yoluna polis kordonu düzülüb.

Etirazlar vaxtı müxalifət fəalları İrəvanda nəqliyyatın hərəkətini məhdudlaşdırıb, bir sıra administrativ binalara girişi əngəlləyib. Bu gün səhər onlar parlament binasına da yaxınlaşıblar, amma polis etirazçıları binanın yerləşdiyi Demirçyan küçəsinə buraxmayıb.

“Mübarizə dayanmayacaq, o, erməni xalqının rifahı uğrunda gedir”, – etiraz hərəkatının lideri, parlamentin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan deyib.

Xatırladaq ki, müxalifət aprelin sonundan İrəvanda etiraz aksiyaları keçirir, Paşinyanın istefasını tələb edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol