Rusiya valyutası möhkəmlənir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının Rəyasət Heyətində çıxışında xarici valyuta ilə ezamiyyət ödənişləri mövzusundan danışarkən bildirib.
"Rusiya iqtisadiyyatı ekspertlərin proqnozlaşdırdığından daha yaxşı dinamika göstərir. Rusiyalıların rifahı əsas prioritetdir. Bizdə işsizlik, Allaha şükür, artmır. Dollar kiçilir, rubl möhkəmlənir. İlin sonunda inflyasiyanın artım tempi 15% olacaq, hakimiyyət buna reaksiya verməlidir. İlin yekununda yoxsulluğun səviyyəsinin aşağı salınmasını təmin etmək lazımdır. İyunun 1-dən yaşayış minimumu 10%, minimum əmək haqqı iyulun 1-dən 10% artırılacaq", deyə Putin qeyd edib.
Rusiya prezidenti iyunun 1-dən işləməyən pensiyaçıların pensiyalarının məbləği 10% artırılacağını da söyləyib.


Şərhlər
sənin HAY-HAYIN artıq çoxdan gedib,vay-vayın qalıb.
BU ..AXMAQLAR..YENƏ KECDİLƏR KOHNƏ SOVET VARİANTİNA, HER ZAMAN OLDUGU KİMİ,ANCAQ OZLƏRİNİ ALDATMAQLA MƏSGULDULAR!