Menu

"Rusiyanın hərəkətləri Ukraynada səhiyyə sahəsində böhrana səbəb olub" - ÜST

26.05.2022, 22:50
"Rusiyanın hərəkətləri Ukraynada səhiyyə sahəsində böhrana səbəb olub" - ÜST

Rusiyanın hərəkətləri Ukraynada ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyət yaradıb.

"Report" xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasında Ukraynadakı vəziyyətlə bağlı qəbul etdiyi qətnamədə deyilir.

88 dövlət qərarın lehinə, 12-si isə əleyhinə səs verib, 53 dövlət bitərəf qalıb.

Bitərəf qalan ölkələr arasında Qazaxıstan, Qırğızıstan, Mavritaniya, Malayziya və Özbəkistan da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol