Azərbaycan Voleybol Federasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova həyatının təhlükədə olduğunu açıqlayıb.
Feysbukda status paylaşan S.Qədirova hədələndiyini deyib: “20 ilə yaxındır ki, jurnalist fəaliyyəti ilə məşğul oluram. Hər kəsin bildiyi kimi bəzi vəzifələrdə çalışmışam. Amma 2015-ci ildən bu günə qədər davam edən kabusum bitmək bilmir. Rəsmi şəkildə əsir düşmüşəm elə bil. Bir qızın başına gətirə biləcəkləri ən pis oyunları hələ də başıma gətirməyə davam edirlər. Heç cür canımı qurtara bilmirəm bu iyrənc oyundan. Yetər artıq! Susduqca üstümə gəlməyin. Sanki qarşıma konkret şərt qoyublar. Ya ölkəni tərk et, ya da intihar et! Atam, qardaşım olsaydı, bu oyunları, şantajları, şər-böhtanları mənim başıma aça bilməzdiniz. Amma mənim güvəndiyim dövlət var, hüquq-mühafizə orqanları var. İntihar həddinin bir addımlığındayam”.
Qeyd edək ki, Sevinc Qədirova bir sıra qurumlarda çalışıb. O, 2019-cu ildə Voleybol Federasiyasındakı vəzifəyə təyin edilənədək “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətinin rəhbəri olub.


Şərhlər
İntihar-filan məsələsini də unut.Bu nə deməkdi?İradən yoxdumu sənin?İntihar nədi cürbəcür saytlarda danışırsan? Bu gücsüzlərin işidi.Sən öl səni bilməzsən neylərəm?Gözəl-göyçək qadınsan,heyifim gəlir sənə,ağlını uçurtmusan deyəsən.Sən bu yoldaş dadaşyevə qulaq assan uduzmazsan.Sadəcə özünə bu sualı ver:"Dəyərmi yəni?"Cavabını özün tapacaqsan vallah.Mən bu sualı özümə verib cavabını Nəsimidə çoxdan tapmışam.Deyir ki o rəhmətlik.” Dünyanın qeylü-qalından keç,Nəsimi,fariğ ol,Gör bu dövranı,qəm etmə gərdişi-dövran üçün”.Türklər demiş,o kadar yani.
A qızım,biləmmədik axı nə məsələdi?Nolub,nə xəbərdi?Bilmədən necə şərh yazmaq olar?Biz arif adamlarıq,sən açıqla,biz deyək nə necədi.Yoxsa yenə o qaragün maşın məsələsidi?