Menu

Bayram Səfərovun Şuşaya getməsinə icazə verilməyib?

30.05.2022, 13:08
Bayram Səfərovun Şuşaya getməsinə icazə verilməyib?

Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərovun növbəti dəfə Şuşaya getmək istəyinin baş tutmadığı iddia edilir. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə "gununsesi.info" saytı Şuşa Şəhər İcra Hakimiyyətinin adının çəkilməsini istəməyən əməkdaşına istinadla məlumat yayıb.

Məlumata görə, bu günlərdə icra başçısı polis şöbəsinin rəisi Səməd Məhərrəmova rayona getmək istədiyini bildirib. 

Ancaq polis rəisi Bayram Səfərova rayona gəlmək üçün Şuşa Şəhər Qoruq İdarəsinin rəisi Məftun Abbasovdan icazə almalı olduğunu, əks təqdirdə onun rayona buraxılmayacağını bildirib.

Bayram Səfərovun Məftun Abbasova müraciəti isə “yox” cavabı ilə nəticələnib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra yalnız bir dəfə Şuşaya gedən icra başçısı “Xarı bülbül” festivalında qonaq qismində iştirak edib.

“AzPolitika.info”

Şərhlər

Camaat 2022-05-31 14:52:43

Bunun bu "yaraşıqlı " sifətinə adam baxdıqca baxmaq istəyir.....

Camaat 2022-05-31 14:49:37

Bu sir-sifətin , qafanın və "ağlın" sahibi görün Azrbaycanı xarici olkədə neçə illər təmsil edib.....

Əli 2022-05-30 14:41:17

Ölkə xaricində Şuşanı tanımayanlar Bayram Şəfərov görsələr Şuşanı necə təsəvvür edəcəklərini düşünərkən adam dəhşətə gəlir. Bütün xüsusiyyətləri ilə Bayram və Şuşa biri birinə tamamilə tərs mütənasibdir.

zontiq mehdi 2022-05-30 13:50:34

əcəbdi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol