Bayden Ukraynaya yeni hərbi dəstək paketini açıqlayıb

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni müdafiə yardımı paketini açıqlayıb. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının Ağ Ev tərəfindən yayılan yazılı bəyanatında deyilir.

"Bu gün mən Ukrayna ordusuna lazımi yardım göstərmək üçün yeni təhlükəsizlik yardımı paketini elan edirəm. Ukrayna üçün əlavə maliyyə vəsaiti Konqresdə iki partiyanın dəstəyi ilə təsdiqlənib. ABŞ Ukraynanı daha çox silahla təchiz edəcək vəziyyətdədir”, - ABŞ Prezidenti qeyd edib.

Baydenin sözlərinə görə, növbəti hərbi yardım paketinə qabaqcıl silahlar, o cümlədən HIMARS raket sistemləri daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar