TÜRK KƏŞFİYYATINDAN UĞURLU ƏMƏLİYYAT - PKK-nın rəhbərlərindən biri məhv edildi + VİDEO (Yenilənib)

Türkiyənin Milli Kəşfiyyat İdarəsi İraqın şimalında yerləşən Süleymaniyyə bölgəsində PKK terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib.

“Anadolu” agentliyinə istinadən xəbər verir ki, nəticədə qruplaşmanın rəhbərlərindən olan Mehmet Doğan məhv edilib.

Qeyd edək ki, "Dılhaz Gabar" kod adı ilə tanınan Mehmet Doğan Türkiyədə törədilən 6 terror aktını təşkilatçısı hesab olunur. O, PKK terror qruplaşmasının "özəl qüvvətlərinin" Türkiyə  sorumlusu hesab olunurdu. 

"AzPolitika.info" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mehmet Doğanın 1996-cı ildən PKK terror təşkilatına üzv olduğu, 2005-ci ildə PKK-nın İran bölgəsində ikinci dərəcəli komandir, 2008-2009-cu illərdə PKK-nın Kandil bölgəsində logistikaya nəzarət etdiyi, 2017-ci ildə Zap sahə qurumlarına nəzarət etdiyi, 2018-2020-c illərdə Kandil sahə rəisi vəzifəsində çalışdığı məlum olub. Mehmet Doğanın məhv edilməsiylə birlikdə PKK-nın Kərkük qanadına ağır zərbə vurulub.

Məlumat əsasən, Kərkükdə güclənməyə çalışan PKK, Süleymaniyyə marşrutundan fasiləsiz olaraq istifadə edərək, Kandil- Süleymaniyyə-Sincar bölgələri arasında logistika xəttini bərpa etməyə çalışırdı. Lakin MİT-in uğurlu əməliyyatından sonra PKK-nın bir çox planları həmçinin Kərkükü ələ keçirmək strategiyası da öz əhəmiyyətini itirdi. MİT-in uğurlu əməliyyatlarından sonra bögədə blokadaya düşən PKK-YPG qruplaşmasının yeni ərazilər qazanmaq axtarışında olduğu bildirilir.

Elvin

"AzPolitika.info"


635x100

Şərhlər

korrektor 2022-06-02 19:22:17

Əla! Eşq olsun!

Son yazılar