Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzündən 3 ay sonra İrlandiya senatı Rusiyanın fəaliyyətini Ukrayna xalqına qarşı genosid kimi tanıyan qətnamə qəbul edib.
Bu barədə Tvitterdə İrlandiya parlamentinin yuxarı palatasının spikeri Mark Deyli xəbər verib.
«Rusiya Federasiyasının Ukraynaya qeyri-qanuni soxulması genosid aktıdır. İrlandiya senatı Rusiya tərəfdən Ukraynada genosid törədilməsi barədə qətnamə qəbul edib» - Deyli qeyd edib.
AzPolitika.info


Şərhlər