Menu

2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi barədə layihə hazırlanır

04.06.2022, 13:18
2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi barədə layihə hazırlanır

Prezident İlham Əliyevin mayın 27-də Zəngilan rayonunda çıxışı zamanı iqtisadiyyatımızın mövcud müsbət nəticələrini nəzərə alaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı Hökumətə verdiyi tapşırıqdan irəli gələrək İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda cari ilin ötən dövrü üzrə iqtisadi vəziyyət, ortamüddətli sosial-iqtisadi proqnoz göstəriciləri, büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) və digər cari məsələlər geniş müzakirə olunub.

İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Maliyyə naziri Samir Şərifovun, eləcə də Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.

2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq baxılması üçün cənab Prezidentə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Şərhlər

Azər 2022-06-04 17:36:09

300 manata qədər maaşdan vergi tutulmamalidir vəziyyət pisdir Bahalıq dir ay məmurlar gəlir vergisi 14 faiz çoxdur nə fikirləsirsiz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol