Menu

“Müharibənin 100 günündə 14 milyon ukraynalı öz evini tərk edib” - BMT

04.06.2022, 20:29
“Müharibənin 100 günündə 14 milyon ukraynalı öz evini tərk edib” - BMT

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsinin 100 günü demək olar, 14 milyon ukraynalı öz evini tərk etməyə məcbur olub, onların çoxu qadınlar və uşaqlardır.

Bu barədə BMT-nin Ukrayna üzrə Böhran koordinatoru Aminə Avadın hesabatında deyilir. «Məcburi köçkünlüyün belə miqyası və sürəti tarixdə hələ olmayıb» - koordinatorun bəyanatında qeyd olunur.

BMT-nin məlumatına görə, 3 milyondan artıq ukraynalı uşaq başlanan döyüş əməliyyatları səbəbilə təhsili yarımçıq qoymağa məcbur olub. Bütün Ukrayna üzrə yüz minlərlə vətəndaşın suya və elektrikə çıxışı yoxdur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol