“PUTİNLƏ BAĞLI BU GÖZLƏNTİLƏR AZƏRBAYCAN ÜÇÜN DƏ SÜRPRİZLƏR GƏTİRƏ BİLƏR” - “Rusiyanın özündə də oktyabr ayına hazırlıqlar gedir...”

Sülhəddin Əkbər: “Rusiyada hakimiyyət uğrunda gizli mübarizə aparan qüvvələr Ukrayna Ordusunun əks-hücuma keçməsini, Putinin nüfuzdan düşməsini gözləyirlər...”

“Strateji səviyyədə Rusiya məğlub olub və bununla barışıb....Putin başda olmaqla siyasi rəhbərliklə güc strukturları arasında qarşıdurma və maraqların toqquşması gedir”

Rusiyanın Ukraynaya qarşı işğalı 4 aydır ki, davam edir. Putin artıq 3-cü dəfədir ki, Ukraynada müharibə aparan ordu hissələrinin komandanını dəyişir. Ruslar müəyyən uğurlar əldə etsələr də, işlərin onların istədikləri kimi getmədiyi aşkar görünür. Üstəlik, Qərbdən Ukraynaya ağır silahlar hələ yeni-yeni daxil olmağa başlayır.

“AzPolitika.info” Ukrayna mövzusunu təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbərlə müzakirə edib:

- Süləddin bəy, Ukrayna müharibəsi dördüncü aydır ki, davam edir. Ruslar Donbasda müəyyən qədər irəliləyə biliblər. Ümumilikdə vəziyyəti necə qiymətləndirirsiniz, gözləntilər nədən ibarətdir?

- İlk öncə onu qeyd edək ki, Rusiyanın Ukrayna ilə bağlı planları strateji baxımdan uğursuzluğa düçar olub. Yəni, müharibənin birinci mərhələsini Rusiya uduzub. Rusiyanın strateji məqsədi 72-96 saat ərzində paytaxt Kiyevi ələ keçirmək, demokratik yolla seçilən prezidenti devirmək, oyuncaq rejim qurmaq və onun vasitəsilə Ukraynanı öz təsir zonasına qaytarmaq idi. “Xüsusi hərbi əməliyyat”ın strateji məqsədi bu idi. Rusiya uğursuzluğa düçar olduğundan hədəfi kiçiltmək yolunu tutmalı oldu. Kiçildilmiş hədəfi ilk dəfə martın 25-də Rusiya Baş Qərargah rəisinin müavini açıqladı. O, bildirdi ki, Rusiyanın Ukraynada əsas hədəfi “müstəqilliklərini” elan edən Luqansk və Donetsk “respublikalarının”inzibati sərhədlərinə çıxmaqdır. Bundan sonra Ukraynaya ikinci hücum dalğası başlandı. Daha dar, məhdud hədəf istiqamətində. İndi də hücum davam edir. Artıq bunu operativ-taktiki səviyyədə qiymətləndirmək lazımdır.

Strateji səviyyədə Rusiya məğlub olub və bununla barışıb. İndi operativ-taktiki səviyyədə mübarizə aparır. Ümidi onadır ki, əgər operativ-taktiki səviyyədə uğur qazanarsa, strateji məqsədinə dönüş edə bilər. Hələlik, bu səviyyədə müəyyən irəliləyişləri var. Xüsusilə, Luqanskda. Donetsk istiqamətində vəziyyət fərqlidir, əhəmiyyətli irəliləyiş yoxdur. Əvəzində, Ukrayna Ordusu da Xerson və Xarkov vilayətləri istiqamətində irəliləyişlər əldə edib. Bu istiqamətlərdə mindən çox yaşayış məntəqələsini Ukrayna Ordusu azad edib.

Əksər mütəxəssislər qiymətləndirmə zamanı daha çox rusların nə qədər irəliləməsi ilə maraqlanır, amma Ukrayna Ordusunun hansı istiqamətdə nə qədər irəlilədiyini ya unudur, ya da buna əhəmiyyət vermir. Ancaq nəzərə almaq lazımdır ki, bunu Ukrayna Silahlı Qüvvələri hələ Qərbdən böyük miqyasda hərbi yardım almadan edib. Kiçik artilleriya dəstəyini nəzərə almasaq, demək olar ki, Ukrayna Ordusu öz gücünə mübarizə aparıb.

- Ruslar artıq Ukraynanın 20 faizini işğal edib. Söhbət Xorvatiya dövləti qədər bir ərazinin işğalından gedir. Bu, qələbə kimi rus cəmiyyətinə təqdim etmək baxımından kifayət qədər böyk ərazi deyilmi?

- Nominal götürsək, Ukrayna ərazisinin böyüklüyünü nəzərə almaq lazımdır. Səhv etmirəmsə, Ukraynanın ərazisi 600 min kvadrat kilometrdən artıqdır. Təbii ki, 600 min kvadratkilometrin 20 faizi böyük ərazidir. Amma onu da nəzərə almaq lazımdır ki, Ukraynanın resursları da böyükdür. Həm ərazisinə, həm Silahlı Qüvvələrinin sayına, xüsusən də döyüş qabiliyyətli Ordusuna, arxasında olan dəstək və yardıma görə. Yəni, Rusiya ilə Ukraynanı müqayisə edəndə Ukraynanı onun arxasında olan dəstəklə birgə qiymətləndirmək lazımdır. Yeni dünya düzəni ilə bağlı aparılan geopolitik savaşın tərəfləri yalnız Rusiya və Ukrayna deyil. Ukrayna burada ancaq özü üçün deyil, həm də Qərb demokratiyası uğrunda mübarizə aparır. Qısası, bu geopolitik savaşda tərəfləri düzgün müəyyən etmək və resurslarını doğru qiymətləndirmək lazımdır. Sözsüz ki, Ukraynanın arxasında duran qüvvələrin potensialı və resursları Rusiya ilə müqayisə olunmayacaq dərəcədə böyükdür. Həm də bu savaş xarakter etibarı ilə geopolitik və strateji olduğundan zamana yayılacaq, strateji resursların tükəndirilməsinə hesablanacaq. Hazırda müharibə bu şəkildə də davam edir. Diqqət edəndə görünür ki, kollektiv Qərb hadisələrin aşağı intensivlikdə zamanla yayılmaqla davam etməsinə üstünlük verir. Burada əsas hədəf qarşı tərəfi, indiki halda Rusiyanı tükəndirməkdir.

- Bundan əvvəl Ukraynanın əks-hücum əməliyyatı haqqında danışılır, müəyyən proqnozlar irəli sürülürdü. Amma kəskin əks-hücum müşahidə olunmadı. İndi sizin proqnozunuz necədir, Şərq Əməliyyat Zonasında Ukrayna Ordusunun əks-hücum potensialı varmı?

- Son məlumata görə, Ukrayna ordusu Sverodonetsk şəhərinin 20 faizinə nəzarəti bərpa edib (bu gün 50 faizinə nəzarət etdiyi açıqlanıb- red.). Konkret əks-hücuma gəldikdə nəzərə alınmaldır ki, bizim qiymətləndirməmizdə tarixlə bağlı fikirlər əsasən Ukrayna və Qərb dairələrinin verdiyi zamana əsaslanır. Bəzən onların verdikləri tarix və zaman düz çıxmır. Ona görə də, burada meyllərə əsasən proqnoz vermək daha düzgün olardı. Əsas odur ki, Lend Liz haqqında qanun qəbul edilib, Ramştayn komitəsi yaradılıb, vahid mərkəzdən Ukraynaya verilən hərbi dəstəyin koordinasiyası aparılır. Amma hələlik, vəd edilən böyük hərbi yardım Kiyevin istədiyi həcmdə və sürətdə gəlmir. Səbəbini də yuxarıda dedim. 

Əvvəla, Qərb hadisələrin aşağı intensivlikdə zamana yayılmaqla davam etməsinə üstünlük verir.İkincisi, bu yardım gələn kimi, onun istifadə edilməsi mümkün deyil. Çünki gələn NATO silahlarını ilk olaraq Ukrayna Ordusu mənimsəməli, yəni öyrənməlidir. Bu da müəyyən vaxt aparacaq. Həm də Rusiyadan fərqli olaraq, Qərb silah sistemləri inteqrə olunmuş sistemlərdir. Onlar həm kəşfiyyat, həm də idarəetmə-komanda-nəzarət sistemləri ilə birgə verilir. Bu da Ukraynaya müəyyən qədər üstünlük verəcək. Ona görə də, Ukrayna həm yeni silah alır, həm də eyni zamanda yenidən təşkilatlanmalı və silahları mənimsəməlidir. Bu da Ukrayna Ordusunun səviyyəsi nə qədər yüksək olsa da, zaman alacaq. Mən bu silahların Ukraynaya gəlməsi, hərbi mütəxəssislərin onu mənimsəyib-mənimsəməməsi haqda dəqiq bir söz deyə bilmərəm. Eləcə də hücum hazırlıqları barədə. Çünki bu, yalnız silahlarla bağlı deyil. Bu mənada ağır silahların Ukraynaya nə zaman gələcəyini, hazırlığın nə vaxt başa çatdığını bilsək əks-hücum haqqında danışa bilərik. Hazırda bu mövzuda Ukrayna hərbi ekspertləri də ehtiyatlı danışır, dəqiq tarix göstərmir və daha çox yayın ikinci yarısına işarə edirlər. Onların proqnozuna görə, Ukrayna Ordusu yayın ikinci yarısında əks-hücum əməliyyatına hazır olacaq. Amma bu gün Mixail Podolyakın açıqlamasında qeyd edilirdi ki, yaxın vaxtlarda əsas silah partiyasını Ukrayna alacaq. Mənə elə gəlir ki, ABŞ-dan hərbi gəmilərlə böyük silah partiyası gətirilir və zənnimcə, Podolyak bunu nəzərdə tutur.

- Söhbət Stokholma çatan ABŞ hərbi gəmisindən gedir?

- Ümumiyyətlə, ABŞ ağır silahları gəmilər vasitəsilə göndərir. Dediyiniz gəmi Stokholma NATO təlimi üçün gəlib.

- Əslində, Mixail Podolyakın başqa açıqlamaları da var. Həmçinin, iddia olunurdu ki, Rusiyada qarşıdurma var və bu, müharibəni dayandıra bilər...

- İndi müharibə gedir və tərəflər həm də informasiya savaşı aparırlar. Bu baxımdan informasiyaların nə dərəcədə dəqiq olduğunu demək çətindir. Adətən, bu tip məlumatlar etibarlı mənbələr vasitəsilə yoxlanılan məlumatlar olmalıdır. Amma bizdə belə imkan yoxdur. Lakin mənim də müəyyən informasiyalarım var. Rusiyanın özündə də hazırlıqlar gedir. Daha doğrusu, Rusiyada hakimiyyət uğrunda gizli mübarizə aparan qüvvələr var ki, onlar da Ukrayna Ordusunun əks-hücuma keçməsini, Rusiya Silahlı Qüvvələrinin ağır vəziyyətlə üzləşməsini və Putinin nüfuzdan düşməsini gözləyirlər. Məndə olan məlumata görə, belə bir proses təxminən oktyabra gözlənilir. Amma bu hesablamalar həm də təxmini hesablamalardır. Çox şey situasiyadan asılıdır. Situasiyaya isə təsir edən çoxsaylı faktorlar var. Bu faktorlar davamlı və dinamik olaraq dəyişir. Odur ki, zamanla bağlı proqnozlara ehtiyatlı yanaşmağın tərəfindəyəm. Yeri gəlmişkən, Putinlə bağlı oktyabr ayına olan bu gözləntilər Azərbaycan üçün də xoş mənada müəyyən sürprizlər gətirə bilər.

- Qərb mətbuatı bildirir ki, Putin general Aleksandr Dvornikovu Ukraynadakı qoşunların komandanı vəzifəsindən kənarlaşdırıb və hazırda həmin orduya general Gennadi Jidko rəhbərlik edir. Sizcə, Putin nədən Ukraynada müharibə aparan ordusunun komandanlarını tez-tez dəyişir?

- Ukraynada Rusiyanın işlərinin yolunda getmədiyi açıq-aydın görünür. Bu, mübahisə mövzusu da deyil. Aydındır ki, bütün bunlar Putini əsəbiləşdirir. Təsəvvür edin ki, 72-96 saat ərzində “xüsusi hərbi əməliyyat”a ümid edən Putin artıq 100 gündür ki, müharibə aparır, üstəlik istədiyi nəticəni ala bilmir və silahlı qüvvələrin rəhbərliyi qarşısında yeni tələblər qoyur. Bu da hakimiyyət daxilində qarşıdurmaya, mübarizəyə səbəb olur. Məsələn, əvvəl günah FSB-nin üzərinə atılırdı. Guya FSB ilə ordu arasında qarşıdurma gedir. İndi isə bu qarşıdurma Silahlı Qüvvələrin öz daxilinə keçib. Bir tərəfdən Putin başda olmaqla siyasi rəhbərliklə güc strukturları arasında qarşıdurma və maraqların toqquşması gedir, digər tərəfdən də xüsusi xidmət orqanları ilə Silahlı Qüvvələr arasında. Nəhayətdə, artıq Silahlı Qüvvələrin öz daxilində də qarşıdurma var. Getdikcə bu qarşıdurmada müstəvilərin sayı arta və eyni zamanda mübarizə kəskinləşə bilər. Böyük ehtimalla belə də olacaq. Məncə, oktyabr ayını gözləyənlər də bütün bunları nəzərə alırlar. Üstəlik iyun ayı başlayıb və gözlənilir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar sadə ruslara da təsir etməyə başlayacaq. Yəni, əhali də sanksiyaların təsirlərini hiss etməyə başlayacaq.

- Rus ordusu Donbasda irəlilədikcə bir sıra ekspertlər Ukrayanın iki hissəyə parçalana biləcəyi ssenarisinin üzərində dayanırlar. Sizcə, bu ölkənin parçalanması nə dərəcədə realdır?

- Mənim yanaşmama görə bu, yeni dünya düzəninin qurulması ilə əlaqəli olan geopolitik müharibədir. Ukrayna sadəcə olaraq bu savaşın episentridir. Amma savaş bütövlükdə bütün dünyanı əhatə edir. Müharibəyə cəlb olunan ölkələri nəzərə alsaq görərik ki, savaşın coğrafiyası bu və ya digər şəkildə dünya qlobusunu əhatə edir. Bu savaşa yeni dünya düzəni ilə əlaqəli olan geopolitik savaş kimi baxsaq, mənzərəni başqa cür görəcəyik. Yox, əgər müharibəyə klassik anlamda Rusiya-Ukrayna müharibəsi kimi baxsaq fərqli və yanlış nəticələrə gələcəyik. Məncə bu, yeni dünya düzəni ilə əlaqəli geopolitik savaşdır və bu savaşda ABŞ başda olmaqla kollektiv Qərbin qalib gələcəyinə əminiksə, bu halda Ukrayna necə parçalana bilər?

- Ancaq biz məsələn, biz Henri Kissincerin də açıqlamasına şahidlik edirik...

- Heç kimə sirr deyil ki, cənab Kissincer 1970-ci illərdən Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli şəxs olub. İndi məlum olur ki, Kissincer rəsmi vəzifəyə təyin edilməzdən əvvəl sovet xüsusi xidmət orqanları ilə kontaktda imiş və az qala onu agent kimi rəsmiləşdirirlərmiş. Sadəcə olaraq, SSRİ-nin ABŞ-dakı səfiri bir qədər gözləməyi təklif edib və bir neçə gündən sonra Kissincer Milli təhlükəsizlik məsələləri üzrə müşavir təyin edilib. İndi də Kissincer Vladimir Putinin lobbiçiliyini edir və yaxşı pul qazanır.

- Amma məsələ təkcə Kissincerdə deyil. Biz Fransa və Almaniyanın da Ukrayna mövzusunda fərqli davranışlarına şahidlik edirik. Demək olar ki, Qərb dünyasında məhz Paris və Berlin Moskva ilə danışıqlar aparmağa cəhd edirlər...

- Buna təbii yanaşmaq lazımdır. Çünki yeni dünya nizamı quruculuğunda anqlosakslar - ABŞ və Britaniya birgə hərəkət edir. Burada kontinental Avropa və onun aparıcı dövlətləri çox narahatdırlar ki, müharibədən sonra ABŞ və Britaniyanın nüfuzu artacaq, üstəlik Polşa və Ukraynanın nüfuzu güclənəcək. Bu da Almaniya və Fransanın maraqlarına uyğun deyil. Bir anlıq təsəvvür edin ki, Polşa və Ukrayna gələcəkdə daha sıx əlaqədə olacaq. Mən deyə bilmərəm ki, bu ittifaq hansı nöqtəyə qədər inkişaf edəcək, amma bütün hallarda buna real ideya kimi baxılır.

- Siz Londonun rəhbərliyilə qurulması ehtimal olunan ittifaqdan bəhs edirsiniz?

- Yox, mən hələ bu məsələyə toxunmuram. Polşa və Ukraynanı nəzərdə tuturam. Polşa və Ukrayna ümumiyyətlə, sərhədlərini götürmək niyyətindədirlər. Siz dediyiniz isə ABŞ-ın dəstək verdiyi Böyük Britaniya ittifaqıdır. Burada söhbət London liderliyində Polşa, Ukrayna, gələcəkdə Türkiyə və mümkündür ki, Azərbaycanın qoşula biləcəyi beynəlxalq layihədən gedir. Bu, o zaman baş verəcək ki, Almaniya və Fransa açıq formada anqlosaks xəttinə qarşı çıxacaq. Münaqişənin dərinləşəcəyi və ya Ukrayna müharibəsinin uzanacağı, Fransa və Almaniyanın yorulacağı halda ortaya belə proyekt çıxa bilər.

- İndi dünya üçün əsas məsələlərdən biri Odessa limanlarında qalan 20 milyon tondan çox taxılın blokadadan çıxarılması və Afrika qitəsinə çatdırılmasıdır. Artıq bu istiqamətdə London və Ankara arasında danışıqların aparıldığı, Ankaranın da Moskva ilə müzakirələrə başladığı bildirilir. Putin də açıq deyir ki, Rusiyaya qarşı sanksiyaların götürüləcəyi təqdirdə bu məsələni yoluna qoymaq olar. Müharibədən sonra qlobal aclıq dalğasının gözlənildiyini nəzərə aldıqda, bu taxılı rus blokadasından çıxarmaq mümkün görünürmü?

- Məncə, bu məsələ Türkiyədə keçiriləcək görüşdən sonra aydın olacaq. Türkiyədə dördtərəfli görüş gözlənilir. Söhbət Rusiya, Ukrayna, Türkiyə və BMT rəsmilərinin görüşündən gedir. Bu görüşdən sonra proqnozlar vermək mümkün olacaq. Mənim şəxsi qənaətim belədir ki, Rusiya bu mövzudan çəkinir. O, çalışacaq ki, məsələni BMT-nin eqidası altında həll etsin. Əks halda Qərb liderliyində koalisiya yaradıla, dəniz gəmiçilik daşımalarını qorumaq məqsədilə Qara dənizə xüsusi hərbi missiya göndərilə bilər. Bu da rusları narahat edən məsələdir. Düşünmürəm ki, Rusiya bu məsələdə dirənsin. Dirənəcəyi təqdirdə proseslər gözlənilməz istiamətdə gedər və bu, Rusiyanın xeyrinə olmazdı.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Sulduz 2022-06-09 23:55:40

Muharibe Rusiya ile qerb arasinda gedir. Ukrayna ise bu muharibenin meydanidir. Qerb zeif ve sozebaxan Rusiyanin olmagini isteyir ve bundan istifade ederek Rusiyanin tebii servetlerini talamaq isteyir. Rusiya ise qerbin bu strategiyasina qarsi direnir ve aqressivlik numayis etdirir. Ona gore de Rusiya dunyada tecavuzkar kimi teqdim olunur. Amma eslinde tecavuzkarlar, olkeler arasinda dusmencilik yaradanlar ve bundan oz menfeetleri ucun istifade edenler basda ABS olmaqla qerb olkeleridir.

ELSAD 2022-06-07 23:35:18

Cox dolqun,mukemmel ve mentiqe dayaniqli bir musahibe...Tesekkurler!

Vuqar Memmed.oglu 2022-06-06 23:42:59

Putinin ..siyasi savadsızlığı..rusiyanı tam dalana dirəməkdədir,təsəvvür edin ki, NATONu sərhədlərinə yaxın buraxmaq istəməyən liliputin həm ..Əli aşından həmdə Vəli aşından..olur,Finlandiya NATOYa girərsə S-Peterburqun 60 km gəlib çıxacaq NATO! Buda Dünyanın ən ..lotu..prezidentinin apardığı siyasətin nəticəsi!

Amon 2022-06-06 22:46:35

Ne qeder agrili olsa da prosesler ukraynanin bolunmesi istiqametinde gedir serqi ukrayna rusiyanin nezaretinde musteqil qerbi ukrayna ise inkisaf elemis bir dovlet olacaq.cenubi ve simali koreya kimi

korrektor 2022-06-06 18:18:33

Belə maraqlı intervyu üçün sizə təşəkkür edirik.

Eli 2022-06-06 15:37:50

Bı gün Dünya görür li Türkiyye ve Türk milleti kimdir,neye qadirdir ve nece ağıllı,ince siyaset sparır.Eslinde dünyanın en aparıcı dövletlerinin Türkiyyeye qarşı qusqanclığı onun bu mükemmel mövqeyine göredir.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.