Menu

Boris Conson vəzifəsindən gedə bilər – Onun yerini tutatcaq iki isim açıqlandı

06.06.2022, 17:18
Boris Conson vəzifəsindən gedə bilər – Onun yerini tutatcaq iki isim açıqlandı

Böyük Britaniya parlamenti Baş nazir Boris Consona etimadsızlıq göstərə bilər.

”AzPolitika.info” xarici mediaya istinadən xəbər verir ki, buna səbəb-sərt lokdaun zamanı Consonun şənliklərdə iştirak etməsi və sonra bu haqda parlamentə yalan danışmasıdır. Məsələni səsverməyə çıxartmaq üçün partiyanın daxilində deputatların 15 faizinin – 54-ünün müraciəti lazımdır.

Bəzi mənbələr 54 müraciətin artıq toplandığını xəbər verir. Bu zaman Baş nazirə etimadsızlıq proseduru başlayacaq və yaxın günlərdə səsvermə olacaq.

Səsvermədə Baş nazir vəzifəsində qalmaq üçün Boris Consona hakim partiyadan 180 səs lazım olacaq.

Ekspertlər bilıdirirlər ki, Conson Baş nazir vəzifəsini tərk etsə, onun yerinə ən real namizəd indiki xarici işlər naziri Liz Trass və sabiq xarici işlər naziri Ceremi Hantdır.

“AzPolitika.info”

Şərhlər

korrektor 2022-06-06 19:30:19

çox təəssüf!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol