Ukrayna, Rusiya və Türkiyə Odessa limanından Ukrayna buğdasının çıxarılmasının ilkin sxemini razılaşdırıblar.
Bu barədə «İzestiya» qezetinə yüksək məqamlı məlumatlı mənbə bəyan edib.
Ukraynanın ərazi sularında minalardan təmizləmə ilə türkiyəli hərbçilər məşğul olacaqlar, elə onlar da gəmiləri neytral sulara qədər müşayiət edəcəklər. Orada gəmiləri Rusiya gəmiləri qarşılayacaqlar və onları Bosfora qədər müşayiət edəcəklər.
Hələlik sxem yalnız Odessa üçün razılaşdırılıb. Türkiyə parlamentində izah ediblər ki, Ankara bu əməliyyatda iştirak edir, nədən ki, dünyanın ərzaq probleminin tənzimlənməsi onun üçün vacibdir.
AzPolitika.info


Şərhlər