Menu

“Onlar çoxdurlar, daha güclüdürlər, ancaq...” – Zelenski

07.06.2022, 16:03
“Onlar çoxdurlar, daha güclüdürlər, ancaq...” – Zelenski

“Ukrayna qüvvələri hələ də Severodonetsk şəhərində mövqelərini saxlayır, amma Rusiya ordusu say və silah baxımından onlardan üstündür”.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski deyib. “Onlar çoxdurlar, daha güclüdürlər, ancaq bu istiqamətdə döyüşmək üçün hər cür şansımız var. Gərgin, evbəev döyüşlər və rusiyalıların hədəfsiz atəşi Severodonetsk və Lisiçanskı “ölü şəhərlər”ə çevirib”, - Prezident əlavə edib.

Qeyd edək ki, Ukraynanın əlində olan bu iki strateji şəhər tutularsa, Rusiya qüvvələri Ukraynanın şərqindəki Luqansk vilayətini bütünlükdə nəzarətə almış olar.

Britaniyanın Müdafiə Nazirliyi iyunun 7-də gündəlik bülletenində isə bildirir ki, rusiyalıların ötən ay Severodonetskdən 50 km cənubda yerləşən Popasnaya doğru irəliləməsi dayanıb. Nazirlik qeyd edir ki, Moskva “Donetsk vilayətinə bütünlükdə nəzarət etmək kimi siyasi hədəfinə” çatmaq üçün ya Popasna, ya da Severodonetskdən şimalda, İzyumda irəliləyiş əldə etməlidir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol