Menu

“Güclü aksiya gözləyirik” - Fuad Qəhrəmanlı

06.11.2014, 18:02
“Güclü aksiya gözləyirik” - Fuad Qəhrəmanlı

Bakı meriyası Milli Şuranın noyabrın 10-u mitinq keçirməsinə razılaşıb.

Aksiya metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı stadionda saat 15-dən 17-dək keçiriləcək. Mitinqin əsas şüarı siyasi məhbuslara azadlıq verilməsidir.

Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı noyabrın 6-da “Media forum” saytına deyib ki, mitinqin təbliğati və təşkilati hazırlıqları yekunlaşmaq üzrədir: “Xalq Cəbhəsinin Bakıdakı yerli təşkilatları vətəndaşların aksiyaya cəlb olunması istiqamətində toplantılar keçirib, bu yöndə müvafiq təlimatlar verilib və yerli təşkilatlar əhali ilə birbaşa işləyirlər.

Mitinqə çağırış vərəqələri paylanır. Sosial şəbəkələrdə geniş təbliğat kampaniyası aparılır, mətbuat vasitəsilə cəmiyyətə mesajlar ötürülür. Güclü aksiya gözləyirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol