Menu

Danimarka və Niderland Ukraynaya namizəd statusu verilməsinin əleyhinədir - Almaniya isə...

10.06.2022, 16:15
Danimarka və Niderland Ukraynaya namizəd statusu verilməsinin əleyhinədir - Almaniya isə...

Avropa Komissiyası gələn həftə Ukraynaya Avropa İttifaqına (Aİ) üzvlük namizədi statusu verilməsi məsələsinə rəy bildirəcək.

APA-nın xəbərinə görə, bu barədə “Bloomberg“ anonim mənbələrinə istinadən məlumat paylaşıb.

Bildirilib ki, Aİ komissarları tərəfindən müzakirə və qəbul edilməli olan tövsiyə qanunun aliliyi və antikorrupsiya qanunvericiliyi ilə əlaqəli şərtləri ehtiva edəcək.

Qeyd olunub ki, Avropa Komissiyasının mövqeyi müsbət olsa belə, Ukraynaya rəsmi şəkildə namizəd statusunun verilməsi üçün əvvəlcə üzv ölkələr bunu dəstəkləməlidir.

Məlumata görə, Niderland da daxil olmaqla, bəzi ölkələr artıq Kiyevin müraciətinə müsbət cavab verilməsinin əleyhinə olduqlarını bildiriblər.

Danimarkanın məsələ ilə əlaqədar diplomatik notasında qeyd olunub ki, Ukrayna demokratiyanı təmin edən dövlət qurumlarının sabitliyi, qanunun aliliyi, insan haqları, azlıqların qorunması və hörmət kriteriyalarına cavab vermir. Notada qeyd olunub ki, həmin məsələlərlə bağı tərəqqi əldə edilməsi üçün Kiyev öz qanunvericilik və institutsional çərçivəsini fundamental şəkildə inkişaf etdirməlidir.

Almaniya isə Ukrayna üçün nəticənin şərti namizəd statusu olmasının tərəfdarı olduğunu bildirib.

İtaliya, Polşa, Litva, İrlandiya və Estoniya isə Ukraynaya status verilməsini dəstəkləyir.

Aİ liderlərinin 23-24 iyun tarixlərində Brüsseldə məsələni müzakirə etməsi gözlənilir.

Şərhlər

dadaşyev 2022-06-10 18:02:58

A balam,Ukrayna nə Aİ-nin,nə ABŞ-ın umrunda belə deyil.Onu nə NATO-ya alacaqlar,nə Aİ-yə bu yaxın illərdə.Ukrayna onlar üçün Əfqanıstan kimi bir poliqondu ki,düzüb qoşub yaradıblar.Məqsəd də müharibəni uzatmaqla Rusiyanı gücdən salmaqdı,vəssalam.Guya Ukrayna xalqına yanırlar deyə kömək eliyirlər?Xeyr.Kömək etməsələr bu "sevda" burada da bitəcək,başqa bir poliqon tapmaq üçün isə yenidən illərlə Yunanıstan kimi hansısa bir başdanxarabı axtarmalı olacaqlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol