“Bakıda və Abşeron yarımadasında yağış suları üçün şəbəkə yoxdur".
APA xəbər verir ki, bunu “Azərsu” ASC-nin Tullantı su şəbəkələrinin idarə edilməsi şöbəsinin rəisi Xalid Abbasov deyib.
O bildirib ki, cəmi 10% yağış sularını ötürmək üçün şəbəkə mövcuddur:
"Buna görə də yağış suları birbaşa bizim su şəbəkəsinə daxil olur. Yağış suları təmizləyici qurğulara və ya kollektorlara axıdılır. Biz şəbəkənin yüklənməsi vaxtı yağış sularının dənizə axıdılmasına məcbur oluruq".


Şərhlər
Ən gözəl su elə yağış suyudur...o suları toplayıb, ikinci bir Ceyranbatan gölü göl yaratmaq olar, ki, əhali bundan istifadə etsin..
Düzəldin də ....milyonlarla pul ayrılır sizə...hələ bir tarifləri də artırırsınız...baxın görün İsraildə suyu necə təmizləyirlər, necə istifadə edirlər, necə qənaət edirlər, elə bilirsiniz neft pulları həmişə olacaq...indi vəsait var, düzəldin...xaricdən ekspertlər çağırın, öyrətsinlər, həm də düzəltsinlər..Qafqazda su ehtiyatı ən az olan ölkə Azərbaycandır.. bəs nə vaxt düzəldəcəksiniz , ay yazıqlar..