Britaniyanın müdafiə naziri Ben Uolles Ukrayna prezidenti Volodimir Zelenski və ölkənin müdafiıə naziri Oleksi Reznikovla görüşmək üçün iyunun 10-da Kiyevə gəlib.
“AzPolitika.info” Qərb mediasına istinadən xəbər verir ki, bu görüşlər zamanı Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsində Britaniyanın Ukraynaya hərbi, siyasi və humanitar dəstəyi müzakirə olunub.
Britaniya Müdafiə Nazirliyinin bu bəradə məlumatında deyilir: “Bu həftə keçiriləcək işçi səfər müdafiə nazirinə Ukrayna silahlı qüvvələrinin əməliyyat ehtiyaclarının yerində öyrənmək imkanı verəcək, beləki münaqişənin təbiəti dəyişməkdə davam edir. Bu səfər Britaniyanın Ukraynaya yardımlarının Ukraynanın ehtiyaclarına və dəyişən situasiyaya uyğun olmasına imkan yaradacaq”.
Uolles iyunun 10-da Ukrayna müdafiə naziri Oleksi Reznikovla görüşüb. Britaniya Müdafiə Nazirliyinin bəyanatında daha sonra deyilir ki, tərəflər Ukraynanın öz torpaqlarını işğaldan azad etməsi kimi ortaq məqsədlərini müzakirə ediblər.
Görüş zamanı habelə Britaniyanın Ukraynaya hazırda silah və təlimlə göstərdiyi dəstəyin vəziyyəti müzakirə olunub. Tərəflər Britaniyanın bundan sonra da Ukraynaya hərbi-siyasi dəstək verəcəyinə dair razılığa gəliblər.
Zelenskinin “Teleqram” kanalında yayınlanan videodo Uolles prezidentin “heyrətamiz” fəaliyyətinə heyranlıq ifadə edir.
Prezident Zelenski Uolleslə söhbəti zamanı Böyük Britaniyaya, onun hökumətinə və baş nazirinə minnətdarlığını bildirib.
“AzPolitika.info”


Şərhlər