Menu

Gürcüstanın Baş naziri Prezidenti müxalifətlə eyniləşdirib

11.06.2022, 13:20
Gürcüstanın Baş naziri Prezidenti müxalifətlə eyniləşdirib

“Son bir neçə həftə ərzində Prezidentin müxtəlif ölkələrə rəsmi səfərləri ilə bağlı bütün müraciətlərini imzalamışam və onun təmin edilməyən xahişi olmayıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident Salome Zurabişvilinin hökumətin onun Polşa, Ukrayna və Fransaya səfərinə icazə verməməsi ilə bağlı dediklərinə münasibət bildirərkən deyib.

Hökumət başçısı jurnalistlərə açıqlamasında dövlət başçısının destruktiv müxalifətin və ölkənin düşmənlərinin bəyanatlarını təkrarladığına təəssüf etdiyini bildirib: “Deyildiyi kimi, əgər hökumət Prezidenti bloklayırsa, o zaman dövlət başçısı Brüsselə necə səfər etdi? Ümid edirəm ki, o, hökumətin işindən daha yaxşı baş çıxaracaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol