Menu

Fransada 5 ildən sonra ən aşağı seçici fəallığı qeydə alınıb

12.06.2022, 20:27
Fransada 5 ildən sonra ən aşağı seçici fəallığı qeydə alınıb

Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilərdə fəallıq 39,42 faiz təşkil edib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Seçicilərin sayı ən aşağı seçici fəallığı ilə yadda qalan 2017-ci ilə nisbətən azdır. Seçki komissiyaları seçicilərin 40,75 faizinin səsini qeydə alıb.

Fransada seçkilərin etibarlı olması üçün minimum iştirak tələbi yoxdur. Müşahidəçilər son 30 ildə ölkə sakinlərinin sistemli şəkildə parlament seçkilərinə marağını itirdiyini qeyd edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol