Menu

Türkiyənin Van şəhərinin Tuşba rayonunda zəlzələ olub

13.06.2022, 00:13
Türkiyənin Van şəhərinin Tuşba rayonunda zəlzələ olub

Türkiyənin Van şəhərinin Tuşba rayonunda 5 bal gücündə zəlzələ olub. “Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə 22:35-də baş verən yeraltı təkanın ocağı 18,89 km dərinlikdə olub.

Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol