Menu

Pentaqon ABŞ HDD-nın Ukraynadan buğda daşınmasında iştirakını mümkün hesab edir

13.06.2022, 10:53
Pentaqon ABŞ HDD-nın Ukraynadan buğda daşınmasında iştirakını mümkün hesab edir

ABŞ Ukraynadan buğda ixrac tərarükünün bərpasının diplomatik yollarla həllinə prioritetlik verir və ümid edir ki, danışıqlar uğur qazanacaq.

Bunu Pentaqonun şefi Lloyd Ostin bəyan edib.

«Dialoq Şanqri-La» beynəlxalq konfransında (Sinqapur) ona sual veriblər ki, ABŞ hərbi-dəniz qüvvələri Ukraynanın Qara dəniz limanlarından müharibə səbəbilə bloklanmış buğdanın daşınmasına cəlb edilə bilərmi.

«Siz, soruşursunuz ki, bizim ordu bu və ya digər bölgələrdə əlavə dəyər amili ola bilərmi? Əlbəttə, biz edə bilərik» - Ostin cavab verib.

«Amma biz, həmişə əvvəlcə diplomatik həlli axtarırıq və mən çox enerji görürəm ki, hazırda bu sferada hərəkətə gətirilib. Və biz, ümid edirik ki, doğru işlər baş verəcək» - o, əlavə edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol