Menu

Türkmənistan Prezidenti iyunun 21-də İrana səfər edəcək

13.06.2022, 14:04
Türkmənistan Prezidenti iyunun 21-də İrana səfər edəcək

Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov iyunun 21-də İrana rəsmi səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.

Səfərin 2 gün davam edəcəyi bildirilir. Səfər çərçivəsində ölkələr arasında əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır.

Səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol