Menu

“Hindistan müsəlmanları qorxutmaq üçün qəddar və repressiv dövlət aparatını işə salıb” - Pakistanın baş naziri

13.06.2022, 21:55
“Hindistan müsəlmanları qorxutmaq üçün qəddar və repressiv dövlət aparatını işə salıb” - Pakistanın baş naziri

“Hindistan hind müsəlmanlarını qorxutmaq üçün qəddar və repressiv dövlət aparatını işə salıb”.

Bunu Pakistanın baş naziri Şahbaz Şərif “Twitter” səhifəsində yazıb.

“Hindistanın plan yerli müsəlmanları siyasi, iqtisadi və mədəni baxımdan daha da marginallaşdırmaqdır. Dünya Hindistanın “demokratik siması”nın real üzünü görür”, - deyə hökumət başçısı əlavə edib.

Qeyd edək ki, ötən həftədən bəri Hindistanda Məhəmməd peyğəmbərin təhqir olunmasına görə gərginlik artıb. Uttar Pradeş əyalətinin başçısı Yogi Adityanat şəhərdəki iğtişaşlarda iştirakda günahlandırılan insanlara məxsus qanunsuz tikililərin və evlərin sökülməsinə göstəriş verib.

Şərhlər

Türk Turan 2022-06-13 23:38:18

Hindistan odla oynayır. Qulağının dibi qaşınan Peyğəmbərə dil uzatır. Heç şübhəsiz ki, Allah Azzə və Cəllə və biz müsəlmanlar bütün bu əclaflıqların cavabını tezliklə verəcəyik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol