Menu

İçərişəhərdə "Z" hərfi - Hadisəni törədən şəxs saxlanılıb

15.06.2022, 17:37
İçərişəhərdə "Z" hərfi  - Hadisəni törədən şəxs  saxlanılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun qala divarına Rusiyanın Ukraynadakı əməliyyatının rəmzi olan “Z” hərfi yazılması barədə məlumat yayılıb.

Məsələyə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə münasibət bildirib.

“Dünən kütləvi informasiya vasitələrində İçərişəhərin Qala divarları üzərində vandalizm aktı törədildiyi barədə məlumatlar yayılıb.

“İçərişəhər” DTMQ İdarəsinin Mətbuat xidməti ictimaiyyətin nəzərinə çatdırır ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir.

Belə ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində qeyd olunan yazı Qala divarlarının üzərində deyil, 1-ci Qəsr döngəsi 84 ünvanında yerləşən fərdi yaşayış evinin qapısı üzərində yazılıb və bununla da İçərişəhərin heç bir abidəsinə zərər yetirilməyib”, - o qeyd edib.

Ş.Seyidzadənin sözlərinə görə, hadisəni törədən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb: “Saxlanılan şəxs barəsində aidiyyəti üzrə tədbirlər görülüb”.Qeyd edək ki, minval.az onun paytaxt sakini Aleksandr Saprıkin (1955-ci il təvəllüdlü) olduğunu yazıb.

Şərhlər

X 2022-06-16 10:45:37

Ermeniden beter ruslar

Eli 2022-06-15 17:59:28

Çaqqal oğlu çaqqal redd ol get carsba Rusiyands ne qelet efirsrn et alkaş bişeref.Bunun hele “İçerişeherde” yaşamağına bax .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol