Menu

Berlin divarının uçurulmasının 25 illiyidir

07.11.2014, 09:34
Berlin divarının uçurulmasının 25 illiyidir

Noyabrın 7-də Almaniyada Berlin divarının dağıdılmasının 25 illiyinə həsr olunmuş üç günlük mərasimlər başlanır.

Almaniyanın kansleri Angela Merkel repressiv rejimdən qaçmağa çalışanların anım tədbirlərinə rəhbərlik edir.

60 yaşlı Merkel özü kommunist Şərqi Almaniyada böyüyüb. O, yaxınlarda deyib ki, “35 il azadlıq hissini gözlədiyi” üçün o günü heç vaxt unutmayacaq.

“Yenidənqurma” və “aşkarlıq” islahatları dəyişikliyə gətirmiş sovet lideri Mikhail Gorbachev da mərasimlərə qatılacaq.

Tədbirlər noyabrın 9-da Berlində böyük festivalla başa çatacaq. Rok ulduzlar və veteran azadlıq aktivistləri milyonların qarşısına çıxacaq.

Berlin divarı 1989-cu il noyabrın 9-da sökülüb. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol