Menu

Selçuk Bayraktar Azərbaycan xalqını təbrik edib

15.06.2022, 12:32
Selçuk Bayraktar Azərbaycan xalqını təbrik edib

“Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun- Milli Qurtuluş Gününü təbrik edirəm”.

“Report” xəbər verir ki, bu fikirlər Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktarın 15 İyun- Milli Qurtuluş Günü ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımında yer alıb.

Azərbaycan və Türkiyə bayraqları ilə edilən paylaşımda deyilir: “Bu il dastanlara mövzu olan "Bir millət, iki dövlət" şüarına #TEKNOFESTAZƏRBAYCAN ilə birlikdə "Bir Festival" əlavə etdik.

Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun #MilliQurtuluşGününü təbrik edirəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol