Menu

Quş ətində ciddi bahalaşma

07.11.2014, 11:24
Quş ətində ciddi bahalaşma

Azərbaycanda mal və qoyun ətinin ucuzlaşması fonunda quş əti bahalaşır.

“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Oktyabr ayında mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 1,2 və 0,7 faiz ucuzlaşmış, quş ətinin (diri çəkidə) 8,8 faiz bahalaşmışdır.

Oktyabrda yumurtanın istehsalçı qiymətləri 8,1 faiz, südün isə 2,8 faiz bahalaşmışdır.

ƏN ÇOX BADIMCAN BAHALAŞIB

Komitənin məlumatına görə, birillik bitkilərdən yaşıl lobyanın istehsalçı qiymətləri 15,2 faiz, xiyarın 0,6 faiz, yerkökünün istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşmış, buğdanın istehsalçı qiymətləri 4,1 faiz, arpanın 0,2 faiz, kartofun 0,7 faiz, kələmin 0,2 faiz, bibərin 0,9 faiz, göyərtinin 3,0 faiz, badımcanın 32,6 faiz, pomidorun 8,5 faiz, balqabağın 12,5 faiz, baş sarımsağın 8,4 faiz, baş soğanın istehsalçı qiymətləri isə 1,0 faiz bahalaşmışdır.

NAR DA 20%-dən ÇOX BAHALAŞIB

Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 7,6 faiz, xurmanın 1,1 faiz, narın istehsalçı qiymətləri 20,5 faiz bahalaşmış, limonun istehsalçı qiymətləri 0,4 faiz, almanın 9,4 faiz, armudun 4,1 faiz, zoğalın istehsalçı qiymətləri 9,4 faiz ucuzlaşmışdır.

Təbii balın istehsalçı qiymətləri 1,9 faiz ucuzlaşmışdır.

Ümumiyyətlə, oktyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,6 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri uyğun olaraq 3,0 və 3,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,2 faiz bahalaşmışdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol