Menu

"Rusiyadan taxıl idxalını azaltmalıyıq" - DEPUTAT

17.06.2022, 14:22
"Rusiyadan taxıl idxalını azaltmalıyıq" - DEPUTAT

"Ərzaq böhranı ilə bağlı məsələyə Azərbaycan prezidenti də xüsusi diqqət etdi. Buna ciddi yanaşmaq lazımdır".

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa danışıb.

Deputat beynəlxalq təşkilatların operativ şəkildə fəaliyyət göstərə bilmədiklərinə diqqət çəkib:

"Ona görə onların qısa zamanda həll yolu tapması qeyri-mümkündür. Biz ərzaq taxılının Rusiyadan alınmasını azaltmalıyıq. İdxal edilən hər bir məhsulun, xüsusilə ərzağın ölkədə istehsalı üçün Azərbaycanın potensialı var".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol