Menu

Assancın ABŞ-a ekstradisiyası barədə qərar verildi - 175 ilə qədər həbs cəzası gözləyir

17.06.2022, 14:40
Assancın ABŞ-a ekstradisiyası barədə qərar verildi - 175 ilə qədər həbs cəzası gözləyir

Böyük Britaniya daxili işlər naziri “WikiLeaks”in yaradıcısı, jurnalist Culian Assancın ABŞ-a ekstradisiyası barədə qərar verib.

APA "Reuters"ə istinadən xəbər verir ki, onu ABŞ-da 175 ilə qədər həbs cəzası gözləyir.

“WikiLeaks” nazir Priti Patelin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.

Əgər apellyasiya şikayəti də qərarı qüvvədə saxlasa, Assanc 28 gün ərzində ABŞ-a ekstradisiya olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol