Menu

Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb

17.06.2022, 15:10
Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb

Bu il Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında ölkə üzrə 40 036 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (12,1) qalıb.

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,2 faiz, qızların xüsusi çəkisi isə 46,8 faiz olmuşdur. Körpələrdən 1 144-ü əkiz, 60-ı isə üçəm doğulanlardır

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol