Dövlət Əmək Müfəttişliyi Xidməti oktyabr ayında iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına nəzarət zamanı ayrı-ayrı müəssisələrdə ümumilikdə 1954 pozuntu faktı aşkar edib.
Xəbəri noyabrın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Hesabata görə, işəgötürənlərə tətbiq olunmuş cərimələrin 40,7 faizi (150 398 manat) dövlət büdcəsinə ödənilib və bu göstərici ötən ilin oktyabr ayına dair müvafiq göstərici ilə müqayisədə 19,5 dəfə çoxdur.


Şərhlər