Menu

"Qarabağ"ın rəqibi aşağı liqa təmsilçisinə uduzub

18.06.2022, 17:39
"Qarabağ"ın rəqibi aşağı liqa təmsilçisinə uduzub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşa "Lex"i yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Poznan təmsilçisi I Liqada çıxış edən "Vidzev"lə qarşılaşıb. Görüş aşağı liqa komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Lex" növbəti sınaq matçında "Poqon" klubu ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 23-də olacaq.

Qeyd edək ki, "Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol