Liviyada Konstitusiya Məhkəməsinin Parlament seçkilərinin nəticələrinin tanınmaması və onun ləğv edilməsi ilə bağlı qərarı ölkədə əsl siyasi müharibəyə zəmin yaradıb.
SalamNews-un "Al Alam"a istinadla verdiyi xəbərə görə, Liviyada fəaliyyət göstərən "Milli Federal Blok" hərəkatı ölkənin şərqində “Barqa” dövlətinin yarandığını elan edib.
Sözügedən siyasi blok Parlamentdə onları təmsil edən deputatlar qarşısında eyni addımı atmaq - yeni dövlətin yarandığını elan etmək tələbini irəli sürüb.
Bildirək ki, ötən gün Liviyanın Konstitusiya Məhkəməsi müvəqqəti hökuməti dəstəkləyən Parlamentə iyun ayında keçirilən seçkinin nəticələrini tanımadığını bildirib və Parlamentin ləğvinə qərar verib. Bu qərar paytaxt Tripolini nəzarətdə saxlayan radikal qruplaşmaları sevindirib.
Ölkənin müvəqqəti hökuməti isə Konstitusiya Məhkəməsinin bu qərarı silahlıların təzyiqi ilə verdiyini bildirib.


Şərhlər