"Biz Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyimizin sonuna doğru yaxınlaşırıq. Bugünkü konfrans sədrliyimiz ilə təşkil olunmuş sonuncu əsas iclasdır. Əlbəttə, mən növbəti cümə axşamı sədrliyi Belçikaya təhvil vermək üçün Strasburqda olacağam."
SalamNews-un məlumatına görə, bunu bu gün Bakıda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində AŞ-ın Qonşu regionlar üzrə siyasətinə dair keçirilən yüksək səviyyəli beynəlxalq konfransda xarici işlər naziri Elmar Məmmdyarov deyib.
Nazir bildirib ki, bu münasibətlə mən Nazirlər Komitəsinə 6 aylıq sədrliyi dövründə Azərbaycan tərəfindən görülmüş işlərin nəticələrini təqdim edəcəyəm.
Təfərrüatlara varmadan, mən ölkəmin hər kəsin mənafeyi naminə konsensual nəticəyə nail olmaq üçün dialoq və kompromis ruhunda işləyərək, Avropa Şurasının təməl prinsiplərinin daha da inkişaf etdirilməsi istiqamətlə nəzərəçarpacaq cəhdlər nümayiş etdirməsi ilə fəxr edirəm. Bu müddət ərzində Azərbaycan korrupsiya əleyhinə müdafiə, müxtəlif mədəniyyətli cəmiyyətlərin, sosial həmrəyliyin və gənclərin təhsilinin möhkəmlənməsi də daxil olmaqla, bir sıra sahələrə diqqət yetirmişdir. Mən inanıram kı, Azərbaycanda təşkil olunmuş 18 tədbirin hər biri Avropa Şurasının səylərinə praktik giriş nöqteyi-nəzərindən faydalı olub
Fikrimizcə, Azərbaycan da Avropa Şurasının siyasətinin qonşu regionlarda daha da tanıdılması istiqamətində sədrliyinin ona verdiyi üstünlüklərdən yararlana bilmişdir. Qonşuluq siyasətinin əhatə etdiyi bir çox ölkələrlə tarixi dostluq münasibətləri olan bir ölkə kimi biz başlanğıcdan bu siyasətin güclü tərəfdarlarından olmuşuq, deyə nazir E.Məmmədyarov bildirib.


Şərhlər