Menu

Həftəsonu yol qəzalarında 8 nəfər ölüb

20.06.2022, 10:48
Həftəsonu yol qəzalarında 8 nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, iyunun 18-19-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 8 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol