Menu

"Ağalı kəndi tezliklə məcburi köçkünləri qəbul edəcək” - XİN

20.06.2022, 14:59
"Ağalı kəndi tezliklə məcburi köçkünləri qəbul edəcək” - XİN

“Azərbaycan məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasını səbirsizliklə gözləyir”.

“Report” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsindəki paylaşımda deyilir.

“Bu gün Dünya Qaçqınlar Günü qeyd olunur. Bu gün dünyadakı qaçqınların və məcburi köçkünlərin gücü və sarsılmazlığını yad edirik. Azərbaycan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını səbirsizliklə gözləyir və Qarabağ regionunun tarixində yeni səhifənin açılmasını qeyd edir. Ağalı kəndi tezliklə məcburi köçkünləri qəbul edəcək”, - paylaşımda bildirilir.

Şərhlər

t.ədalət 2022-06-20 15:22:52

"Ağıllı kənd" söhbəti adamları çaş-baş salır.Axı,elə də yaxşı həyat səviyyəsi olmayan Azərbaycanda dədə-baba yurdunu dovşan damına çevirməyə nə ehtiyac var?Xalqa imkan yaratmaq lazımdır ki, köhnə yurd yerlərini bərpa edə bilsinlər.Belə olanda dövlətin də çəkdiyi xərclər azalar,"ağıllı" sözünün kölgəsində gizlənib böyük qazanc güdənlər də kənara çəkilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol