Menu

Moskvada hərbi parad

07.11.2014, 12:14
Moskvada hərbi parad

Parad 1941-ci ildə keçirilmiş əfsanəvi paradın ildönümü münasibətilə təşkil olunub

Rusiyanın paytaxtı Moskvada hərbi parad keçirilib. Parad 1941-ci il noyabrın 7-də keçirilmiş əfsanəvi paradın ildönümü münasibətilə təşkil olunub.

ANS PRESS xəbər verir ki, "Rossiya 24" telekanalının məlumatına görə, Kreml divarları yaxınlığından həmin illərin hərbi geyimində olan parad iştirakçıları yürüş edib. Yürüşdə 6 min adam iştirak edib. Onlar Moskvanın müxtəlif yönümlü hərbi məktəblərinin kursantları, şagirdləri və hərbçilərdən ibarət olub.

Paradın şərəf tribunasında isə 1941-ci ilin əfsanəvi paradının iştirakçısı olmuş 28 nəfər əyləşib.

Parada tamaşa edənlər Böyük Vətən Müharibəsindən tutmuş, Moskvanın müdafiəsinə və Reyxstaqın alınmasına həsr olunmuş epizodların rekonstruksiyasını görüblər. İlk dəfə eksponat qismində İ-153 və MİQ-3 təyyarələrini görmək mümkün olub.

Paradda iştirak edən bütün hərbi texnika bu gün Moskva vaxtı ilə saat 21:00-a kimi Qızıl Meydanda qalacaq. Bununla da, bütün arzu edənlər Qələbəni gətirən silahları yaxından görə biləcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol