İlkin məlumatda bildirilir ki, onlar dəm qazından boğularaq ölüblər
Bakının Binqədi rayonunda nişanlı qızla oğlanın meyiti evdə tapılıb.
Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Binəqədi qəsəbəsi Ramazanov küçəsi 2 ünvanında qeydə alınıb.
Bakı şəhər sakinləri, 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı, 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov yaşadıqları evdə meyiti tapılıb.
İlkin məlumatda bildirilir ki, onlar dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər