Menu

Azərbaycanda film kimi olay - TƏFƏRRÜAT

07.11.2014, 13:05
Azərbaycanda film kimi olay - TƏFƏRRÜAT

Rusiyadan gələn oğul 82 yaşlı atasının öldürüldüyünü üzə çıxardı

Ağcabədi rayonunda qətl törədilib. Lent.az-ın əldə etdiyi məlumata görə, Ağcabədi şəhər sakini, 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Qəmbər oğlu yaşadığı evdə naməlum şəxs tərəfindən qətlə yetirilib. 82 yaşlı kişinin baş nahiyəsində küt alətlə yetirilmiş xəsarətlər aşkarlanıb.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, 82 yaşlı Ə.Məmmədov 2 gün əvvəl dünyasını dəyişib və hamı onun öz əcəli ilə öldüyünü zənn edirmiş. Yaxınları dəfnə hazırlaşdığı bir vaxt mərhumun Rusiyada yaşayan oğlu Ağcabədiyə gəlib. O, atasının baş nahiyəsində olan xəsarətin qəsdən yetirildiyini düşünüb və məsələnin hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılmasını lazım bilib. Bundan sonra hüquq-mühafizə orqanları meyitə baxış keçirib və 82 yaşlı kişinin başına küt alətlə yetirilmiş ağır xəsarət nəticəsində qətlə yetirildiyi məlum olub.

Qeyd edək ki, 82 yaşlı Ə.Məmmədov həyat yoldaşı ilə birgə yaşayırmış. Hadisə baş verən vaxt o, evdə tək olub. Evə qayıdan həyat yoldaşı Ə.Məmmədovun meyitini mətbəxdə aşkarlayıb və onun öz əcəli ilə öldüyünü düşünüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol