Menu

Deputatların maaşı artır - “Qara camaatı düşünən yoxdur” + VİDEO

21.06.2022, 20:59
Deputatların maaşı artır -  “Qara camaatı düşünən yoxdur” + VİDEO

“Millət vəkilləri sadəcə özlərini düşünür, qara camaatı düşünən yoxdur”. Bunu Baku TV-nin sorğusuna əsasən paytaxt sakini bildirib.

Belə ki, sorğuda deputatın statusu haqqında qanuna təklif edilən dəyişikliyə görə Milli Məclis üzvlərinin maaşının artırılması məsələsi sakinlərin fikirləri öyrənilib.

Təklif olunur ki, Milli Məclis sədrinin aylıq məvacibi 2475 manatdan 3550 manata, birinci müavinin maaşı 2227 manatdan 3195 manata, müavinin maaşı 2103 maaşdan 3017 manata, komitə və komissiya sədrlərinin maaşı 1980 manatdan 2840 manata, onların müavinlərinin maaşı 1856 manatdan 2662 manata, deputatların aylıq məvacibləri isə 1732 manatdan 2485 manata çatdırılsın.

Qeyd edək ki, qanunverici orqanın üzvləri hər ay maaşlarının bir misli qədər əlavə vəsait alırlar. Bunu da iki mislinə qaldırmaq istəyirlər. 

Daha ətraflı Baku TV-nin süjetində:

Şərhlər

turan 2022-06-22 12:54:37

Qoy artsın, gözləri doysun. Bu dünya heç kimə qalmır

Həsən 2022-06-21 23:57:13

Qarın qardaşdan irəlidi.

akif 2022-06-21 23:14:42

duzgun addimdir.hetta az qaldirirlar o qeder hiss olunmayacaq

dadaşyev 2022-06-21 22:40:15

Görünür möhtərəm deputatlarımız səhər-günorta-axşam ancaq ət yeyirlər,ona görə maaşları çatmır normal qidalanmağa.Maaşlarının artırılması ancaq və ancaq bu səbəbdən ola bilər.Ət bahadı axı.Yoxsa yeməkdən başqa gördükləri hansı işləri var ki?Ət yemək yaxşı şeydi.Nizami Gəncəvi boşuna deməyib ki "Ətdir mehrabı uca göylərin,Ətsiz ey dünya nədir dəyərin?"Sabir isə lap onluğa vurub.Deyib ki "Bəzi yerlərdə təsadüf olunur aşa-ətə,Az qalır nəfsim it kimi hürə,dırmaşa ətə".

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol